Dünyadan faydalanmaz hər kimdə bu 5 xasiyyət olmazsa!

İmam Hüseyn (ə) buyurdular: "Hər kimdə bu 5 xasiyyət olmazsa dünya və yaşayışından bəhrələnməz:

1-Əqllə yaşamazsa, maddi və mənəvi xeyirini düşünərək yaşamaq İslamın nəzərdə tutduğu ağıllılıqdır.

2-Dindar olmazsa, Allah haqqını, insanların haqqını və eləcə də varlığının haqqını tanımaqla vəzifələrinə əməl etmək dindarlıqdır. 

3-Ədəbli olmazsa, Ədəb insanlığa və dəyərlərə qarşı hörmətlə yanaşmaq və onu dirçəltməyə deyilir. 

4-Həya olmazsa. Həya yəni aşkarda etmədiyini gizlində də etməyəsən. 

5-Xoş əxlaqlı olmazsa. Əxlaq özünə qarşı daxili və xarici gözəlliklər, insanlara qarşı insaflılıq, və Allaha qarşı bəndəlik deməkdir.  (Bihar əl-Ənvar, cild: 87, səh: 21).

baxılma sayı: 181