İmam Səccadın (ə) həcc ziyarətində ibrətamiz əhvalatı

Səhabələrdən biri söyləyir ki, imam Səccad (ə) ilə Məkkəyə getmişdik; Ərəfatda minlərlə hacı görüb dedim: «Ma əksərəl həcic» yəni, maşallah bu il hacı çoxdur. İmam (ə) buyurdu: «Ma əksərəz-zəcici və əqəllil həcic» yəni necə də səs-küy və fəryad çox, hacı isə azdır. O şəxs deyir: İmam (ə)-ın nə etdiyini bilmədim, amma bir də baxdıqda səhranı müxtəlif heyvanlarla dolu gördüm. Onlardan yalnız bir neçəsi həqiqi insan surətində idi. Sonra İmam (ə) buyurdu: İndi başa düşdün ki, bu işin batini nə yerdədir? Bu məsələ İmam (ə) və saleh bəndələr üçün gün kimi aydın məsələlərdən biridir. Əgər biz müasir insanlar, söylənilənləri qəbul etmiriksə, yanılırıq. İslami mənbələrdə söylənilir ki, insanlar qiyamət günü öz əxlaqi xüsusiyyətləri əsasında məşhur olacaqlar. Yəni insanlar, əxlaq və rəftar cəhətdən hansı xüsusiyyətləri özündə toplamışsa, həmin gün o xislətlərə uyğun gələn heyvan şəklində də zahir oluncaqlar. Təkcə əxlaqi xüsusiyyətləri insan şəninə layiq olan şəxslər insan simasında zahir olunacaqdır. Başqa sözlə desək, yalnız əxlaqları insan əxlaq və rəftar üsulları ilə mütənasib olan şəxslər insan formasında zahir olunacaqlar. Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədən başqa heç bir şey başa düşməyən şəxslər batini cəhətdən məsx olunmuş, yəni insan xüsusiyyətlərini tamamilə itirmiş və ruhən bir heyvana çevrilmişdir. Bu şəxslər heyvan xüsusiyyətlərini özləri əldə etmişlər. Mübarək «Nəbə» surəsinin 18-ci ayəsində oxuyuruq: (Yəvmə yunfəxu fissuri fətətunə əfvacən və futihətis-səmau fəkanət əbvabən vəsuyyirətil cibalu fəkanət sərabən). «Sur çalınacağı gün (qəbrlərinizdən çıxıb) dəstə-dəstə məhşərə gələcəksiniz». İnsanlar qiyamətdə müxtəlif dəstələr şəklində məşhur olacaqlar və din başçılarımız (imamlar və peyğəmbər) dəfələrlə demişlər ki, onlardan yalnız bir dəstəsi insan simasında olacaq, qalanları isə müxtəlif heyvanlar şəklində gətiriləcəklər. Məsələn, bir dəstə qarışqa, bir dəstə əqrəb, bir dəstə ilan, o biri dəstə isə şir-pələng simasında zahir olacaqlar. Axı nə üçün belə olmalıdır? Ona görə ki, onlar dünyada əqrəb xüsusiyyətlərini kəsb etmiş və onu-bunu çalmaqdan başqa bir iş görməmişlər. Hələ üstəlik bu qeyri-insani rəftarlarından ləzzət də almışlar. Bəli, bu cür insanlar qiyamətdə öz həqiqi xüsusiyyətləri ilə məşhur olunacaqlar. 

Mürtəza Mütəhhəri, "İslam və Kəlam" kitabından 

baxılma sayı: 297