Ayətullah Qərəhi: Həyalı adamın nişanələri

Həya ağılın nişanələrindədir. Əsl ağıllı adamlar həyalı insanlardırlar.!

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Ruhullah Qərəhinin son əxlaq dərsində həyadan danışıldı.

Alim dedi: Həyanın nişanələri və həyalı insanın kimlər olduğunu bilmək istəyiriksə bu barədə keçən qiymətli bir hədisə diqqət yetirməliyik. Hörmətli peyğəmbərimiz, Həzrət Məhəmməd (s) həyanın fayda və ölçüləri ilə bağlı buyurur:   “Həyanın meyarlarına gəldikdə isə ibarətdir: Yumuşaqlıq, mehribanlıq, aşkara və gizlində Allahı nəzərə almaq, sağlamlıq, pisliklərdən uzaqlaşmaq, xoşüzlülük, güzəşt, əfv, zəfər və xalqın arasında yaxşı ad. Bunlar ağıllı insanların həyadan əldə etdikləri fayda və bəhrələrdir. Xoş o şəxsin halına ki, Allahın nəsihətlərinə qulaq asar və özünü rüsvay etməkdən saxlayar”.

Həyası olmayanın ağlı yoxdur!

Həya ağılın nişanələrindədir. Əsl ağıllı həyalı insanlardırlar. Həya nədir? Həya bütün gözəlliklərin, yaxşılıqların açarıdır! İnsan həyasız olarsa bütün pisliklər ona tərəf gələr.

Həzrət Əli (ə) buyurur:  “Həya xeyrin açarıdır”.

Bütün yaxşılıqlar həyadan qaynaqlanır. İnsan yaxşılıqlar dalıycadırsa həyalı olmalıdır. Həyalı insan dilini qoruyar, pis danışmaz, qeybət eləməz, böhtan atmaz, yalan deməz. Gözünü də qoruyar, naməhrəmə baxmaz, beləliklə də pisliklərdən uzaq olar.  /shabestan.ir. 

baxılma sayı: 175