60 il gündə 3 dəfə Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazı qılan alim

O, vəsiyyətində buyurmuşdu: “Sizə tövsiyə edirəm ki, hər sübh namazından sonra ”Yasin” surəsini oxuyasınız. Zöhr namazından sonra “Nəbə” surəsini, əsr namazından sonra “Əsr” surəsini, məğrib namazından sonra “Vaqiə” surəsini, işa namazından sonra isə “Mülk” surəsini oxuyasınız”.

Mərəşi Nəcəfi Ağa: Camaat namazını davamlı qılardı. O, 60 il gündə üç dəfə hərəmə camaat namazı qılmaq üçün gedərdi. Səhərlər Həzrət Məsumunin (s.ə) ilk zəvvarı bu böyük alim olardı. Bəzən də azandan bir saat tez gələrdi. Qış fəslində bəzən qarın hündürlüyü 80-90 santimetr olan zaman, sübh azanından bir saat tez əlində bellə insanların məscidə olan yolunu qardan təmizləyərdi. Ona deyəndə ki, bu işi görməyin, buyurardı: “Mən savab qazanmaq istəyirəm”. Vəsiyyətnaməsində yazmışdır: “70 il üzərində gecə namazı qıldığım canamazımı və İmam Hüseyn (ə) türbətindən olan təsbehimi ki, hər səhər onunla istiğfar edərdim, mənimlə dəfn edin”. Deyerler.

 

baxılma sayı: 270