Cəfəri məktəbinə görə namazda edilməsi haram olan şeylər

Namazda Haram
Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bəzi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:
1) Danışmaq, bilərəkdən, mənası olan iki hərf;
2) Gülmək, bilərəkdən, uca səslə;
3) Ağlamaq, dünya işləri üçün, uca səslə;
4) Üzü qiblədən başqa tərəfə döndərmək;
5) Yemək və içmək;
6) Namazın surətini (formasını) pozmaq;
7) Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
8) İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
9) Namazın şərtlərini aradan aparan şeylər;
10) Dəstəmazın aradan getməsi;
11) Əlini əlinin üstünə qoyma;
12) Həmddən sonra "Amin" demək.
baxılma sayı: 721