Gecə namazı insana qorxmazlıq töhfəsi gətirər. Hekayə

İmam Zahbinin “Seyr aləm un Nubalə” adlı əsərində belə bir hikayə var. Deyir ki, bir neçə nəfər gecə səyahətinə çıxmışdı. Onlar bir dərəyə gəldilər və orada ağaclar var idi. Onlar yatmağa hazırlaşırdılar. Onlar hazırlaşdığı anda qəfildən bir şir peyda oldu. Onlar sığınacaq üçün yaxında olan bir ağaca dırmaşdılar. Amma onlardan biri artıq gecə namazına başlamışdı. Qiyam etmiş və gecə namazının zikrləri ilə məşğul idi. Şir gəldi, amma namaz qılan adam hərəkət etmədi. Namaza davam etdi. Şir ətrafında dolandı və arxasını həmin adama döndü. Və o getdi. O biri adamlar yerə endilər və dedilər: “Sən dəlisən?!”.

Üzr istəyirəm ardını öz sözlərimlə davam edəcəm.  Onlar dedilər: “Şir burdaydı və sən də tərpənmədin!” O dedi: “Allahın hüzurunda dayanmışdım, başqa bir şeydən qorxmağa utandım. Allahın hüzurunda dayananda Onun yaratdığı bir şeydən qorxmağa utandım!. Nə dərəcədə yüksək konsentrasiyadır?!   Qeyd: Belə bir addımı görmək üçün güclü iman və ixlaslı əmələ ehtiyac var.“Axirət intizarı kanalı” 

Namaz.ge

baxılma sayı: 226