Tövbə istəmə münacatı

Tövbə istəmə münacatı

Əllahummə inni qəsədtu iləykə bi ixlasi təvbətin nəsuh, və təsbiti əqdin səhih, və duai qəlbin qərih, və i`lani qəvlin sərih, Əllahummə fətəqəbbəl minni muxləsət təvbəh, və iqbalə səriil əvbəh, və məsariə təxəşşuil həvbəh, və qabil rəbbi təvbəti bicəzilis səvab, və kərimil məabi və həttil iqab, və sərfil əzabi və ğunmil iyabi və sitril hicab, vəmhullahummə ma səbətə min zunubi, vəğsil biqəbuliha cəmiə uyubi, vəc`əl-ha caliyətən liqəlbi, haxisətən libəsirəti lubbi, ğasilətən lidə-rəni mutəhhirətən linəcasəti bədəni, musəhhihətən fiha zəmiri acilətən iləl vəfai biha bəsirəti, vəqbəl ya rəbbi təvbəti, fə innəha təsduru min ixlasi niyyəti, və məhzin min təshihi bəsirəti, vəhtifalin fi təviyyəti, vəctihadin fi nəqai sərirəti, və təsbitin liinabəti, və musarəətən ila əmrikə bitaəti, vəclullahummə bit təvbəti ənni zulmətəl israr, vəmhu biha ma qəddəmtuhu minəl əvzar, vək-suni libasət təqva və cəlabibəl huda, fəqəd xələ`tu ribqəl məasi ən cələdi, və nəzə`tu sirbaləz zunubi ən cəsədi, mustəmsikən rəbbi biqudrətik, mustəinən əla nəfsi bi izzətik, mustəvdiən təvbəti minən nəksi bixəfrətik, mu`təsimən minəl xizlani biismətik, muqarinən bih, la həvlə və la quvvətə illa bik.

Tərcüməsi
İlahi, xalis və həqiqi tövbə, doğru peymanımı möhkəmlətmək, ürəkyandırıcı dua və aşkar sözümü elan etməklə dərgahına üz tutmuşam! İlahi, xalis tövbəmi, dərhal (günahlardan) dönüb (Sənə) üz tutmağımı və günahın qorxusundan torpağa düşüb təvazökarlıq etməyimi qəbul et! Ey Rəbbim, tövbəmi böyük savab, kəramətli dönüş, cəza və əzabı aradan qaldırmaq, dönüş zamanı faydalandırmaq və eyibləri örtməklə qəbul et! İlahi! Qeydə alınan günahlarımı məhv et və tövbəmi qəbul etməklə bütün eyiblərimi təmizlə. Onunla qəlbimi işıqlandır, əql və şüurumu artır, çirkinliklərimi aradan qaldır, bədənimin murdarlığını pakla, batinimi islah et və ona əməl etmək üçün dərhal bəsirət gözümü aç. Ey Rəbbim! Tövbəmi qəbul et ki, həqiqətən, niyyətimin xalisliyi, bəsirətimin doğruluğu və batinimin aydınlığından, eləcə də, qəlbimi təmizləməkdə çalışqanlığım, dönüş yerimin möhkəmliyi və itaətimlə göstərişlərinə doğru tələsdiyim üzündən tövbə etmişəm. İlahi! Tövbə ilə günaha israrlıq nəticəsində yaranan qaranlığı aydınlığa çevir və öncə göndərdiyim günahları məhv et. Mənə pəhrizkarlıq libası və hidayət əbası geyindir. Həqiqətən, mən itaətsizlik boyunduruğunu boynumdan və günahlar köynəyini əynimdən çıxartdım. Bir halda ki, ey Rəbbim, Sənin qüdrətinə arxalanır, izzətindən kömək diləyir, tövbəmi sındırmamaq üçün onu Sənin himayənə tapşırır, xar olmamaq üçün Sənin ismətinə (hifzinə) sarılır və onu “Səndən başqa güc və qüdrət yoxdur” kəlamına yaxınlaşdırıram.
Məfatihul-Cinan kitabından

baxılma sayı: 259