Cəbrail (ə) Peyğəmbərə (s) furuiddinə əməl etməyin fəlsəfələrindən danışdı.

İslam Peyğəmbəri (s) buyurdu: "Cəbrail (ə) mənə nazil olud və dedi: Ey Əhməd! İslam 10 əmrdən ibarətdir. Hər kimin bu əməllərdən heç bir payı olmasa zərər etmiş bəndə olar: 

1-"La ilahə İllallah" bu cümlə tövhidə iman əlamətdir. 
2-Namaz günahlardan paklanmaqdır. 
3-Zəkat (kasıbların haqqını ödəmək) İslama fitrətən və vicdanla bağlılıqdır.

4-Oruc tutmaq, (cəhənnəm qarşısında) qalxandır.
5-Həcc, İslamın ən böyük mərasimlərindəndir. 
6-Cihad. (Allah yolunda çətinliklərə qatlanmaq), izzət və başıucalıqdır.
7-Yaxşılığa dəvət etmək, Allahla bağlanan əhdə vəfalılıq göstərməkdir. 

8-Pislikdən çəkindirmək, Allah qarşısında başqalarına yardım və qiyamətdə höccətdir. (Allah düşmənlərinə düşmən olmaq nişanəsidir).
9-Camaat namazı qılmaq, möminlər arasında dostluq bağıdır.
10-İmamalara bağlı və onlarln sözünə qulaq asmaq səhv yola düşməkdən qorunmaqdır. Mənbə: Bihar əl Ənvar, cild: 79, səh: 213. sualcavab.ge

baxılma sayı: 256