Namazda birinci dəfə "Əşhədi ənnə əliyən vəliyyullahı" kim demişdir?

Nəql olunur Səlman Farsi bir gün Peyğəmbərin (s) həyatda olduğu zamanda Namaza dayandığı vaxt Allahın təkliyinə şəhadət verib, Peyğəmbərin (s) Allah elçisini təsdiq edəndən sonra azan və iqamədə İmam Əlinin (ə) vilayətini qəbul edəcək cümlə işlətdi. Səhabələrdən biri Peyğəmbərin (s) yanına gəlib Səlmanın bu yeni əməlindən soruşdu?! Ey Allahın Elçisi! Bu gün yeni bir məsələ ilə üzləşdim ki öncədən onu heç eşitməmişdim. Peyğəmbər (s) buyurdu: Nədir bu yeni məsələ?
Səhabə ərz elədi: Səlman Farsi azan deyirdi: Eşitdim ki o Allahın təkliyinə və Sənin Peyğəmbərliyinə şəhadət verəndən sonra Əlinin (ə) vilayət və İmamətini də təsdiq etmək nişanəsi olaraq əlavə şəhadət də dedi. (Bu hadisə Qədiri Xum İmam Əlinin (ə) canişinliyinin elanından sonra baş vermişdir). 
Peyğəmbər (s) səhabənin sualının cavabında belə buyurdu: Yaxşı (düzgün) bir şey etmisiniz. "Azan və iqamənin əhəmiyyəti adlı kitab. Səh: 72). sualcavab.ge

baxılma sayı: 296