Duanın qəbul olması üçün qızıl fürsətli vaxt

Həzrət Fatimeyi-Zəhradan nəql edilən bir hədisdə duanın həftə günləri və anları içində daha tez qəbul olacağı andan söz açılır

 

İslaminSesi – Hədislərdə duanın Allah dərgahında tez qəbul olması üçün müxtəlif zamanların o cümlədən cümə günü və azanın vaxtları kimi zamanlar qeyd edilibdir

Məkanlara gəldikdə isə, məscidlərin mehrabı, ata-ananın yanı duanın tez qəbul olması üçün ən münasib məkanlar hesab olunur.

Həzrət Fatimeyi-Zəhradan nəql edilən bir hədisdə duanın həftə günləri və anları içində daha tez qəbul olacağı andan söz açılır.

Məanil-Əxbar kitabında gələn hədis belədir:

“Peyğəmbərdən (Allahın salamı ona olsun) eşitdim ki deyir: Cümə günündə bir vaxt var ki müsəlman həmin anı izləyib düa edərsə Allah onun istədiyi xeyri verər. Bu cümə günü məğrib vaxtı günəşin yarısının batdığı andır.”

Ravi bildirir ki həzrət Fatimə cümə günündə bu zamanı həmişə izləyər, xidmətçidən bu anın çatması barədə xəbər verməyi istəyərdi. Həzrət Fatimə buyurardı: “Hündürlüyə qalx günəşin yarısının batdığını gördükdə mənə xəbər ver ki dua edim” 

baxılma sayı: 206