Dini baxımdan insanın əsl dost və düşməni kimlərdir?

Dini baxımdan insanın əsl dostu və eləcə də onun əsl düşməni onun daxilindədir: Düzgün istifadə olunan ağıl dost və nadanlıq bataqlığı insanın ən böyük düşmənidir. 

İslaminSesi - İnsan verilən ağıl sayəsində pis və yaxşını seçə bilər. O bu ağıl sayəsində pis və yaxşı əməllərin nəticələri barədə də xəbərdar ola bilər. Ağılı çiçəkləndirən iman və elmdir. Bu iki amillə çiçəklənən ağıl insanı kamala aparar. Cahil insanlar bundan müstəsnadırlar. Cahil insanlara onların əsl düşməni olan cəhalət hakim kəsilər. Onlar harada hansı qərarın qəbul edilməsini, necə davranmağı bilməz, hisslərinə qapılıb ağıllarına gələni müxtəlif məkanlarda danışmaqdan çəkinməzlər. Nəticədə ömur boyu cəhalətlərinin acı təsirləri ilə yaşamağa məcbur olacaqlar

Hədislərə görə bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır. Digər bir hədisə görə, xoşbəxtlərə elm ilham olunar, bədbəxtlərsə ondan məhrum qalıb cəhalətə batarlar . İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur, deyiblər. İnsanların ən dəyərlisi daha çox bilik (ağıl) sahibləri, insanların ən dəyərsizi isə daha az biliyi olanlardır (cahillər) 

Elə bu məntiqə əsasən insanın əsil düşmən və dostu da məlum olur. İnsanın əsl dost və düşməni Tuhaful-Uqul əsərində İmam Rzadan (ə) nəql edilən hədisdə belə təsvir edilir: "Hər kəsin dostu onun ağlı hər kəsin düşməni onun nadanlığıdır"

baxılma sayı: 335