Hər gecə-gündüz 1000 rəkət namaz qılan imam!!

Bir nəfər İmam Səccaddan (ə) soruşdu: "Nə üçün sənin atanın İmam Hüseynin (ə) övladlarının sayı azdır?. İmam Səccad (ə) sualverənin cavabında belə buyurdu: "Hələ bu sayda övladlarının olması belə təəccüblüdür!! Çünki atam hər gecə-gündüzdə 1000 rəkət namaz qılardı. Və eləcə də aşura gecəsində İmam Hüseyn (ə) və vəfalı dostları səhərə qədər Allahla minacat edərək nalə çəkmişlər. Onların bu sızıltıları arıların qanatlarının səsi kimi eşidilirdi.

Aşura gecəsində İmam Hüseynin (ə) dostlarının bir hissəsi rukuda, bir hissəsi səcdələrdə, bir hissəsi ayaqüstə (qiyam vəziyyətində və bəziləri əyləşmiş vəziyyətdə Allaha bəndəlik edirdilər. Aşura gecəsində İbn Ziyadın əsgərlərindən 32 nəfər İmam Hüseynin (ə) xeyməsində nə baş verdiyini başa düşərək Yəzid qoşunundan ayrılıb həzrətə kömək etdilər. 

İmam Hüseyn (ə) ömrünün son anlarında Allaha üz çevirib belə ərz etdi: "Allahım qəza-qədərinə razıyam. Allahım! Səndən başqa (layiqli) bəndəlik olunacaq varlıq yoxdur. Ey sığınacaq gəzənlərə sığınacaq olan Allah!"  Əsrarus-Şəhadə kitabı, səh: 423.  namaz.ge

baxılma sayı: 200