Namaz vaxtının hökmləri (İkinci bölüm)

Namazın vaxtının hökmləri (İkinci bölmə)

9- Üzrü olan şəxs əmindirsə ki, son vaxtadək üzrü aradan qalxacaq, səbr etməsi vacibdir. Əgər əmin olsa ki, üzrü qalacaq, səbr etməsi vacib deyil. Amma ehtimal etsə ki, üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, səbr etməlidir. 

 

10- Namaz məsələlərini, şəkk və səhvlərlə bağlı vəzifələrini bilməyən şəxs namazda bu hallarla rastlaşacağını ehtimal edərsə, həmin məsələləri öyrənmək üçün namazı ilk vaxtından tə’xirə salmalıdır. Amma namazı yetərincə qılacağına əmindirsə, onu əvvəl vaxtda qıla bilər.

 

11- Namazda elə bir şərait yaransa ki, namaz qılan şəxs lazımı hökmü bilməsin, iki yoldan birini seçə bilər. Əgər sonradan mə’lum olsa ki, düzgün hərəkət etməyib, namazını təzələsin. Ehtiyat budur ki, iki yoldan düzgünlüyünə daha çox ehtimal ediləni seçilsin.

 

12- Bir şəxs məscidin murdarlandığını görərsə, yaxşı olar ki, əvvəlcə məscidi təmizləsin, sonra namazını qılsın. Əgər borc sahibi borcunu tələb etsə, yaxşı olar ki, əvvəlcə onun borcu verilsin. Namaz və onun müqəddimələri çox vaxt tələb edərsə, əvvəlcə məscidi təmizləmək, eyni zamanda borc sahibinin borcunu ödəmək, sonra namazı qılmaq lazımdır. Bu göstərişə əməl etməsə, günaha yol vermişdir, amma namazı düzgündür. Vaxt dar olduqda öncə namaz qılınmalıdır.

 

13- Beş namazdan hər birini öz vaxtında qılmaq müstəhəbdir. Namazların öz vaxtında qılınması daha fəzilətlidir. Yalnız nafilə və ya tə’qibat həddində ara vermək bəs etmir. Me’yar fəzilətli vaxtdır.

 

14- Günorta namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin onun öz uzunluğuna çatdığı vaxta qədərdir. İkindi namazının fəzilətli vaxtı göstərici çubuğun kölgəsinin öz uzunluğuna çatdığı vaxtdan kölgənin iki çubuq bərabərinə çatdığı vaxta qədərdir. Şam namazının fəzilətli vaxtı qürubdan üfüq qızartısının gözdən itdiyi vaxta qədərdir. İşa namazının fəzilətli vaxtı həmin qızartı gözdən itəndən gecənin üçdə birinədəkdir. Sübh namazının fəzilətli vaxtı birinci fəcr tülusundan hava işıqlananadəkdir.  ceferiler.

baxılma sayı: 192