Namaz vaxtının hökmləri (Birinci bölüm)

Namaz vaxtının hökmləri (Birinci bölüm).

1- İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər.

2- Havanın tutqunluğu, zindanda olmaq və ya korluq səbəbindən vaxtın daxil olduğunu müəyyən etmək mümkün deyilsə, güclü ehtimalla namaza başlamaq olar.

3- Yuxarıdakı göstərişlər əsasında namaza başlayan şəxs namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı batildir. Namazı başa çatdırdıqdan sonra da bunu anlayarsa, namazı bütünlüklə vaxtından qabaq qıldığı halda həmin namazı təzələməlidir. Amma namaz arasında və ya namazdan sonra başa düşərsə ki, vaxt daxil olmuşdur, namazı düzgündür.

4- Bir insan diqqətsizlik və ya unutqanlıq səbəbindən vaxtdan xəbər tutmadan namaza başlasa, bu namaz vaxtında qılınmışdırsa düzgündür. Əgər namazı bütünlüklə və ya onun bir hissəsini vaxtından əvvəl qılmışsa, namazı batildir.

5- Namazdan sonra şəkk etsə ki, namazı vaxtında qılmışdır, yoxsa yox, namazı düzgündür. Bir şərtlə ki, namaza başlamazdan öncə vaxtdan xəbərsiz olmasın. Namazın ortasında vaxtın çatmadığına şübhə etsə namazı batildir və vaxt çatdıqdan sonra onu təzələməlidir.

6- Vaxt dar olduqda müstəhəb işlər səbəbindən namazın vacib bir hissəsi vaxtından sonraya düşərsə, müstəhəb işləri tərk etmək lazımdır (qunut və iqamə kimi müstəhəblər).

7- Əgər bir şəxsin bir rəkətlik vaxtı qalmışsa, bütün namazı əda, yəni “vaxtında” niyyəti ilə qılmalıdır. Amma namazı belə bir vaxtadək tə’xirə salmaq haramdır. Əgər qürubadək beş rəkət namaz həddində vaxt qalmışsa, günorta və ikindi namazlarını əda, yəni “vaxtında” niyyəti ilə qılsın. O biri namazlar da bu qayda ilə qılınır.

8- Təkid olunmuş müstəhəblərdən biri budur ki, namaz ilk fəzilətli vaxtda qılınsın. Rəvayatlərdə bu barədə tövsiyələr çoxdur. Namaz ilk vaxta nə qədər yaxın olarsa bir o qədər fəzilətlidir. (davamı var...) ceferiler.com.

baxılma sayı: 223