Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü

 Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü: 

 1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik.
 
 2-Istər namaz vaxtından qabaq, istərsə də sonra «qürbətən iləllah» niyyəti ilə dəstəmaz almaq olar.
 
 3-Dəstəmazlı olan halda onun batil olub-olmaması haqda şəkk etsən, onun batil olmadığını qəbul etməlisən və bu halda dəstəmazlı sayılırsan.
 
 4-Dəstəmazlı olmadıqda isə, dəstəmaz alıb-almamağın barədə şəkk etsən, dəstəmazsız olduğunu qəbul etməli və yenidən dəstəmaz almalısan.

baxılma sayı: 307