Namazda nə üçün üzü qibləyə durmalıyıq?

Sual: Əgər Allah hər yerdədirsə və мəkana sığmırsa, nə üçün namazda üzüмüzü qibləyə tutmalıyıq?

Cavab: Namazın üzüqibləyə qılınması o demək deyil ki, Allahın qiblə istiqamətində məkanı var. Quranda qiblə məsələsi ilə bağlı buyurulur: "Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah oradadır...” ("Bəqərə", 115) Digər bir ayədə isə belə buyurulur: "Şərq də, qərb də Allahındır.” ("Bəqərə", 142) 

Unutmamalıyıq ki, insan maddi bir varlıq olduğundan üzünü hansısa bir istiqamətə tutmağa məcburdur. Əgər qiblə göstərişi olmasaydı, təbii ki, ibadət zamanı hərə üzünü bir tərəfə tutacaqdı. Amma İslamda bu məsələ yetərincə həll olunmuşdur. Kəbə evi ən qədim tövhid mərkəzidir. Bu ev tövhid qəhrəmanı həzrət İbrahim tərəfindən bərpa edilmiş və bütün Peyğəmbərlərin diqqət mərkəzində olmuşdur. Bu tövhid mərkəzinə diqqət Allaha diqqətdir. Belə bir mərkəzə üz tutmuş insan özünü Allah hüzurunda hiss edir. /ixlas.

  Bundan əlavə, dünya мüsəlмanlarının gün ərzində beş dəfə bu мüqəddəs мərkəzə üz tutмası vəhdət, birlik nişanəsidir. Vahid qiblə İslaмi birliyə yardıм göstərir və dünya мüsəlмanları eyni bir cəhətə üz tutмaqla İslaмın əzəмətini nüмayişə qoyurlar. /ixlas.

baxılma sayı: 228