Səfərə çıxan şəxsin namazına aid 5 hökm

Müsafirin namazı haqqında diqqət olunası məsələlər (hökmlər):

1-Peşəsi səfər etmək olamayan, lakin işinin müqəddiməsi səfər etmək olan şəxs, peşəsi səfər etmək olan şəxs hökmündədir. Məsələn, müəllim, fəhlə, mühəndis, əsgər və s. bu kimi şəxslər on gün tamamlanmamış ən azı bir dəfə iş yerlərinə səfər edirlər.

2- Tələbəlik, peşə və iş hesab olunmur. Odur ki, hər gün və ya həftənin bir neçə günü səfər edən tələbələr, namazı qəsr qılmalıdırlar. Əlbəttə, təhsilə göndərilən müəllimlər (müəllimlər və s. peşə sahibləri üçün qoyulan təkmilləşmə kursları) səfər etdikdə, namazlarını tam qılmalıdırlar.

3-Ziyarət, iş hesab olunur. Odur ki, hər həftə məsələn, xanım Məsumənin (ə.s) ziyarətinə gedən və ya Cəmkəran məscidinin əməllərini yerinə yetirmək üçün ora səfər edən şəxs, müsafir hökmündədir və namazı qəsr qılmalıdır.
 

4-Əgər sürücülük, bir kəsin daimi peşəsi olmayıb lakin qısa bir müddət ərzində sürücülük etməlidirsə, məsələn, hərbi xidmətdə olan əsgərə sürücülük etmək vəzifəsi tapşırılıbsa, bu halda əgər camaatın nəzərində bu qısa müddət ərzində sürücülük həmin şəxsin peşəsi sayılsa, bu şəxs, sürücü hökmündədir.

5-Əgər getmək və qayıtmağın ikisi birgə camaatın nəzərində bir dəfə səfər etmək sayılırsa, məsələn, başqa bir şəhərə tədris üçün gedən  müəllim axşam və ya sabah səhər öz şəhərinə dönürsə, şəri baxımdan da həmin şəxsin birinci səfəri sayılacaqdır. Əgər getmək və qayıtmağın ikisi birgə camaatın nəzərində bir dəfə səfər etmək sayılmırsa, məsələn, bir şəhərə yük aparan sürücü, həmin şəhərə çatıb yükü boşaltdıqdan sonra yenidən o şəhərdən başqa bir şəhərə yük aparır və sonra öz şəhərinə dönürsə, bu halda birinci səfər etdiyi şəhərə çatmaqla onun birinci səfəri tamamlanır. /namaz.ge

baxılma sayı: 164