Məbəs bayramının namaz və zikrləri

 “Məbəs gününün namazı” niyyəti ilə 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rükətli namaz). Hər rükətdə Həmd və surə oxunur. 12 rükət bitdikdən sonra 4 dəfə “Fatihə”, 4 dəfə “İxlas”, 4 dəfə “Fələq” və 4 dəfə “Nas” surələri oxunur. Sonra isə 4 dəfə bu zikr oxunur:

لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ

لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ

Transkripsiya: [La ilahə illəllahu vallahu əkbər. Və subhənallahi vəlhəmdu lillah. Və la həvla qüvvətə ila billahil əliyyil azım]

Tərcümə: “Allahdan başqa məbud yoxdur və Allah böyükdür. Və Allah pakdır və həmd olsun Allaha. Uca və Əzəmətli Allahdan başqa qüvvət və qüdrət yoxdur”

Daha sonra isə 4 dəfə aşağıdakı zikr deyilir:

اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً و چهـار مرتبـه  -

-   لا اُشْرِکُ بِرَبّى اَحَـداً

Transkripsiya: [Allahu Allahu rabbi lə uşriku bihi şəy-ən]

Tərcümə: “Allahdır Allahdır Rəbbim ki, ona heç nəyi şərik qoşmuram”

Və sonda 4 dəfə bu zikr deyilir:

لا اُشْرِکُ بِرَبّى اَحَـداً   Transkripsiya: [Lə uşriku bi rəbbi əhədən]

Tərcümə: “Tək olan Rəbbimə şərik qoşmuram”

baxılma sayı: 339