Deyilməsi tövsiyə olunan 18 zirk və onların mənaları

Bəzi zikirlər və tərcümələri:

1.Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)

 2. Əlhəmdulilləh (Həmd Allaha məxsusdur)

 3. Subhənəllah (Allah nöqsanlardan uzaqdır)

 4. Allahu Əkbər (Allah ən böyükdür)

 5. Subhənəllahi və bihəmdihi (Allaha həmd edərək Onu nöqsanlardan uzaq tuturam)

 6. Subhənəllahi və bihəmdihi subhənəllahil azim (Allaha həmd edərək Onu nöqsanlardan uzaq tuturam. Əzəmətli Allah nöqsanlardan uzaqdır)

 7. Subhənəllahil Azim və bihəmdihi (Əzəmətli Allahı nöqsanlardan uzaq tutaraq Ona həmd edirəm)

 8. Lə havlə və lə quvvətə illə billəh (Allahdan başqa həqiqi güc qüvvət sahibi yoxdur)

 9. Hasbiyəllahu və ni'məl vəkil (Allah mənə yetər O necə gözəl vəkildir)

 10. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul mulku və ləhul həmdu və huvə alə kulli şey'in qadir (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir Onun şəriki yoxdur, mülk Onundur həmd Onadır və O hər şeyə qadirdir)

 11. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd (Allahım Məhəmmədə və Məhəmmədin ailəsinə salatu salam eylə)

 12. Əstəğfirullahə və ətubu ileyh (Allahdan bağışlanma istəyirəm və Ona tövbə edirəm)

 13. Əstəğfirullahəl azim və ətubu ileyh (Əzəmətli Allahdan bağışlanma istəyirəm və ona tövbə edirəm)

 14. Əstəğfirullah (Allahdan bağışlanma istəyirəm)

 15. Əstəğfirullahəlləzi lə iləhə illə huvəl həyyul qayyum və ətubu ileyh ( Özündən başqa ibadətə layiq haqq məbud olmayan, HAYY - daima diri olan, QAYYUM - hər şeyi, yeri-göyü yaradan Allahdan bağışlanma istəyirəm)

 16. Əstəğfirullahəl azim əlləzi lə iləhə illə huvəl həyyul qayyum və ətubu ileyh ( Özündən başqa ibadətə layiq haqq məbud olmayan, HAYY - daima diri olan, QAYYUM - hər şeyi, yeri-göyü yaradan Əzəmətli Allahdan bağışlanma istəyirəm)

 17. Allahu Əkbər Allahu Əkbər, lə iləhə illəllahu vallahu Əkbər, Allahu Əkbər və lilləhil həmd (Allah ən böyükdür Allah ən böyükdür, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Allah ən böyükdür. Allah ən böyükdür və həmd Allaha məxsusdur)

 18. Subhənəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vallahu əkbər (Allah nöqsanlardan uzaqdır, həmd Allaha məxsusdur, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Allah ən böyükdür) /namaz.ge

baxılma sayı: 164