Ruzini azaldan əməllər.

Bütün İnsanların ruzisi Allah Taala (c.c) tərəfindən bölünmüş və təyin olunmuşdur. Amma təəssüf olsun bəzi insanlar bəzi günah və Allahın bəyənmədiyi əməllərlə öz ruzi və qismətlərini azaldan və ya məhv edərlər. Ruzini azaldan əməllərdir bunlar: 

1. Qəzayi-hacət (ayaqyoluna getmək) üçün yataqdan çılpaq durmaq,
2. Yemək zamanı əlləri yumamaq,
3. Çörək qırıntılarına ehtiramsızlıq etmək,

4. Soğan və sarımsaq qabığını yandırmaq,
5. Evin qapısının astanasında oturmaq,
6. Evi gecə süpürmək,

7. Evi paltarın bir tərəfi ilə təmizləmək,
8. Başı və üzü paltarın qolu ilə qurulamaq,
9. Çirkli qabları gecə yumamaq,

10. Su qabının ağzını açıq qoymaq,
11. Məsciddən çıxmaq üçün tələsmək,
12. Sübh erkən bazara getmək və gecəyə qədər bazarda qalmaq,

13. Fəqirlərdən çörək almaq,
14. Övlada qarğış etmək,
15. Paltarı bədəndə oalan halda tikmək,
16. Çırağı üfürməklə söndürmək. "Biharul Ənvar,cild 73,səh 314,hədis 1,"Vəfa" müəssisəsi, Beyrut çapı,1404-cü qəməri il". 

baxılma sayı: 236