Çobanın xalis dua və əməli insanı cəhənnəmdən qutara bilər!

Bir nəfər atası ilə səfərə çıxmışdı, atası səfərdə dünyasını dəyişdi. O ətrafda olan bir çobandan "Ölülərinizə kim namaz qılır?" - deyə soruşdu. 
Çoban "Bizdə bu iş üçün xüsusi bir adam yoxdur; özüm onların namazını qılıram" - dedi.
O dedi: "Lütfən atamın da namazını qıl!".
Çoban cənazənin qarşısında dayanıb neçə cümlə zümzümə edib dedi: "Namazı qurtardı!".
Kişi təəccüblə: "Bu nə namaz idi?".
Çoban: "Bundan yaxşını bilmirdim".
Kişi əlacsız qalıb atasını dəfn edib getdi.
Gecə yuxuda atasının xoş güzəran içində olduğunu gördü. 
Atasından "Necə oldu belə xoş güzəran içindəsən?" - deyə soruşdu.
Atası dedi: "Hər nəyə çatmışamsa o çobanın duası sayəsində çatmışam".
Kişi həmin günün səhəri çobanın ardınca getdi ki, atası barədə nə etdiyi hansı duanı oxuduğunu soruşsun.
Çoban dedi: "Elə ki cənazənin kənarında dayandım və mənimlə Allah arasında rabitə quruldu Allaha dedim: İlahi! Əgər bu kişi bu gecə mənim qonağım olsaydı ona xatir bir qoyun yerə yıxardım. İndi ki, bu kişi bu gecə sənin qonağındır. Görüm Sən onunla necə rəftar edəcəksən?".
O çobanın Allahının adı ilə... 
Bəzən təmiz qəlbdən gələn dua təlatümlü qəlb ilə qılınan yüz namazdan yaxşıdır.

baxılma sayı: 162