Məhəmməd Təqi Behcətin ayətullah Xameneiyə tövsiyə etdiyi dua

Ayətullah Məhəmməd Təqi Behcətin ayətullah Seyyid Əli Xameneiyə tövsiyə etdiyi dua
İslaminSesi xəbər verir ki bugün mayın 17-i dünya şöhrətli arif və müctəhid ayətullah Məhəmməd Təqi Behcətin vəfatının yeddinci ildönümüdür.
  Ayətullah Seyyid Əli Xamenei Qum hövzəsi tələbələrinin qarşısında etdiyi söhbətlərinin birində o dahi arifin və müctəhidin mənəviyyatla dolu həyatından danışarkən onun tövsiyə etdiyi duaya işarə edib.

Ayətullah Xamenei deyib: “Mərhum Behcət Ağa (Allah ondan razı olsun) buyurdu ki bu duanı çox oxuyun: Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim, Ya Muqəllibəl-qulub, Səbbit qəlbi əla dinik. (Ey Allah Ey Mərhəmətli vəRəhimli Allah, Ey qəlbləri alt-üst edə bilən Allah, Mənin qəlbimi öz dinində sabitqədəm et”
 
Ayətullah Xamenei söhbətini belə davam edir: “ Ayətullah Behcət bu duanı tövsiyə edib. O bununla yanaşı dua ilə bağlı fikrimizə gələn iradları da cavablandırıb. Əgər kimsə “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə fikiləşə bilər ki, bəs biz hazırda dində və din yolunda deyilikmi?. Ayətullah Behcət buyurardı ki dində olanların (iman) təbəqəsi və səviyyəsi müxtəlifdir. Ona görə hər kəsə bu duanı etmək düşər. Əgər imanlı bir insan “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə o Allahdan imanın yuxarı pillələrində qalmağı iltimas edir"

baxılma sayı: 217