Camaat namazına sonra qoşulan şəxs necə iqtida etməlidir?

Cavab: Birinci rəkətdə imamın rükusuna çatsa, rükuya qoşulmalıdır və namazı düzgündür.

-Əgər 2-ci rükətdə iqtida etsə, həmd və surə ondan saqit olur (yəni oxumamalıdır) və imamdan əvvəl rükuya getməməlidir və həmçinin, imamın təşəhhüdündən qabaq qalxmamalıdır, qunutu və təşəhhüdü imamla bərabər oxuya bilər. Vacib ehtiyat budur ki, İmam təşəhhud oxuyarkən əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın. (Təşəhhüddən sonra) imamla qalxıb həmd və surəni oxusun, əgər surə üçün vaxt yoxdursa, həmdi tamamlayıb rükuda özünü İmama çatdırsın. Əgər rükuda İmama çatmasa, vacib ehtiyat olaraq namazı fərdi qəsd etsin

-Əgər İmam 4 rükətli namazın 2-ci rükətində olarkən məmum ona iqtida etsə, imamın 3-cü rükətində özünün ikinci rükəti olduğu üçün 2 səcdədən sonra oturub təşəhhüdü vacib miqdarında oxuyaraq qalxmalıdır. Əgər təsbihati-ərbəəni 3 dəfə demək üçün vaxt yoxdursa bir dəfə deyib rükuda özünü İmama çatdırmalıdır. Əgər rükuda İmama çatmasa vacib ehtiyata əsasən, fürada (fərdi) qəsdi etməlidir.

-Əgər imamın 3-cü, ya 4-cü rükətdə olduğunu güman edib həmd-surəni oxusa və rükudan əvvəl, ya sonra onun 1-ci, ya 2-ci rükətdə olduğunu başa düşsə, namazı səhihdir. Əgər həmd-surə oxuyan əsnada başa düşsə, qalanını davam etdirməməlidir.

-İmam namazın axırıncı təşəhhüdünü deyən zaman camaat namazına çatsa və camaat namazının savabını qazanmaq istəsə, iqtida niyyəti edib, təkbirətul-ehram dedikdən sonra oturmalı və vacib ehtiyata əsasən, təşəhhüdü vacib, ya müstəhəbb niyyəti etmədən mütləq qürbət qəsdi edərək imamla birgə oxumalıdır, lakin namazın salamını deməyib imamın salamının qurtarmasını gözləməlidir, sonra qalxıb niyyət etmədən və təkbir demədən həmdsurəni oxumalı və onu öz namazının 1-ci rükəti hesab etməlidir. 

Qeyd: Camaat namazına sonradan iqtida etməkdə bu hökmlər ehtiyata əməl etmək həddində hökmlərdir.

baxılma sayı: 283