İmam Əlinin (ə) buyuruğunda tövbənin şərtləri

İmam Əli (ə) "əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: "Anan halına ağlasın! "Bilirsənmi "istiğfar” nədir? İstiğfar yüksək məqamlara malik olanların dərəcəsidir. O, bir kəlmədən ibarətdir, lakin altı şərti vardır:

a) Ötən əməllərdən peşman olmaq və təəssüflənmək.

b) Bir daha keçmiş günahlara qayıtmamaq barədə ciddi qərara gəlmək.

v) Allah-taalanın müqəddəs dərgahına qayıdarkən boynunda heç kəsin haqqı olmasın deyə, camaatın haqqını özlərinə qaytarmaq.

q) Yerinə yetirmədiyin vacib əməllərin qəzasını yerinə yetirmək.

d) Haramdan yaranmış ətləri qəm-qüssə (və peşmançılıqla) əritmək və (nəticədə) dəri sümüklərə yapışdıqdan sonra onların yenidən ətə gəlməsi.

s) Bədənə günahların ləzzətini dadızdırdığın kimi, ibadət və itaətin də çətinliyini dadızdırmaq. Bu mərhələləri yerinə yetirdikdən sonra "əstəğfirullah” de (və Allahdan bağışlanmağını istə).”/ehliwie-samux

baxılma sayı: 626