Şeyx Mürtəza Ənsarinin həyatından ibrətli əhvalat

Bir gün məşhur mərceyi-təqlid Şeyx Mürtəza Ənsarinin müqəllidlərindən biri ona deyir: «Bu gecə yuxuda gördüm ki, Şeytan sizin boynunuza kəndir salıb, küçə boyunca sürüdüb aparır.

Siz onun əlindən qurtulmağa nə qədər çalışsanız da, buna müvəffəq ola bilmirdiniz. Yalnız küçənin yarısını keçəndən sonra boğazınızı Şeytanın kəndirindən xilas etməyə nail oldunuz».

Şeyx Ənsari azacıq düşüncədən sonra gülümsəyib deyir: «Dünən pulum tamam qurtarmışdı. Evdə yeməyə də heç nə yox idi. Birdən ağlıma gəldi ki, evdəki xüms-zəkat pullarından bir neçə dirhəm borc götürüb bazarlıq edim, əlimə pul gələn kimi yerinə qoyum». Bu fikirlə puldan bir az götürüb evdən çıxdım. Bazara gedən yolun yarısında öz-özümə dedim: «Axı, bu püllar mənim yanımda əmanət qoyulub; mən onları ehtiyacı olanlara çatdırmalıyam! Mənə yaraşarmı ki, əmanət püla əlimi vurum?!».
Yarıyoldan evə qayıdıb, pulu yerinə qoydum. Beləliklə, Şeytanın pəncəsindən özümü xilas etdim»

baxılma sayı: 211