Hacətlərin qəbulu üçün çoxlu salavat deyin!

Duanın qəbulu üçün salavat zikri
Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bəzi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir.
Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur.

 İmam Kazim (ə) buyurur: "Allahdan bir hacət isətəyəndə: Pərvərdigara! Muhəmməd və onun Əhli Beytinin haqqına Səndən istəyirəm. Çünki o ikisinin sənin yanında (ali) məqamları vardır. 

baxılma sayı: 311