Namazın vaxtı girməmiş dəstəmaz almaq olar?

Dəstəmazı istənilən vaxt almaq olar. Bunun üçün məhdudiyyət yoxdur. Hətta dəstəmaz pozulmadığı müddətcə namazları qıla bilərsiniz. Məsələn, Sübh namazı üçün dəstəmaz aldınız və bu dəstəmaz pozulmadığı müddətcə Zöhr, Əsr, Məğrib, İşa namazlarını qıla bilərsiniz. 

   Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.

1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu mütləq saf olmalıdır;
3. Dəstəmaz suyu mübah, halal olmalıdır;
4. Dəstəmaz suyunun qabı halal olmalıdır;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;
7. Dəstəmaz və namaz üçü n kifayət qədər vaxt olmalıdır;
8. Dəstəmaz Allahın razılığı, ona yaxınlıq məqsədi ilə alınmalıdır;
9. Dəstəmaz tərtibi qaydada, ardıcıl alınmalıdır;
10. Dəstəmazdakı əməllər ard-arda yerinə yetirilməlidir;
11. İnsana başqa biri dətəmaz ala bilməz;
12. Dəstəmaz alan şəxsə su zərərli olmamalıdır;
13. Dəstəmaz üzvlərində suyun qarşısını alan maneə olmamalıdır.

baxılma sayı: 287