Peyğəmbərin (s) Ramazan ayında tövsiyə etdiyi əməl

Peyğəmbərin (s) İmam Əliyə (ə) buyuruğunda Ramazan ayının ən gözəl əməli haramlardan çəkinməkdir: 

İmam Əli (ə): «Bir gün Allahın Rəsulu (ə) bizə xütbə söyləyən zaman buyurdu:

«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…»

Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?»

Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»

baxılma sayı: 322