İmam Rizanın (ə) Əba Səltə Ramazan ayının gəlişi ilə tövsiyələri

İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir. 
✨✨✨✨✨✨✨✨

Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:

1⃣ Çox dua etmək

2⃣ Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)

3⃣ Çox Quran oxumaq

4⃣ Günahlardan tövbə etmək
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.

5⃣ Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq

6⃣ Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq

7⃣ Qəlbdən bütün günahların kökünü kəsmək

8⃣ Təqvalı olmaq

9⃣ Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək

1⃣ 0⃣ Bu duanı çox oxumaq: 
"Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh."

baxılma sayı: 169