Qəssab və Rəssam şəxsin müsəlmanlara dəstəyi (Əhvalat)

  Kiçik bir kənddə yaşlı bir rəssam yaşayırdı. O, gözəl rəsmlər çəkir, sonra da onu yaxşı bir qiymətə satırdı.
Günlərin birində o kənddən olan bir kasıb onun yanına gəlib bele dedi.
Sən niyə bu kəndin kasıblarına əl tutmursan?
Hansı ki, sənin müştərilərin və qazancın da çoxdur? Bir baxsana kəndimizin qəssabına.!!!!! 
O nə varlıdır, nə də ki, sənin kimi qazanc əldə etmir. Amma yenə də kasıblara əl tutur və hər gün onlara havayı ət paylayır.
Rəssam bu sözü eşitcək astaca təbəssüm etdi və ona heç bir cavab vermədi.
Bu kasıb adam incikli halda rəssamın yanından ayrıldı və gedib kənd də xəbər yaydı ki, rəssam varlı olsa da simicdir.
Kənd camaatı rəssama pis gözlə baxmağa başladılar. Bir neçə gündən sonra qoca rəssam xəstələndi və kənd camaatından heç kəs onun yanına gəlib ona baş çəkmədi. Qoca rəssam elə tək-tənhaca dünyadan köçdü.
Bir neçə gün keçdi...
Kənd camaatı bir də gördü ki, daha qəssab kasıblara havayı ət paylamır.
Onlar qəssebden bu işin səbəbini soruşduqda qəssab onlara belə cavab verdi. Hər ay mənə bir miqdar pul verərək məndən kasıblara havayı ət paylamağımı istəyən o qoca rəssam bir neçə gün öncə dünyasını dəyişdi və ət paylamaq da dayandı.

baxılma sayı: 365