Hədislərin nəzərinə görə orucun faydaları:

Hədislərin nəzərinə görə orucun faydaları:
1. Oruc bədəni sağlam edər. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. Həkimlər müəyyən ediblər ki, insanın yediyi yeməklərin bir hissəsi mədədə xəstəliklərin mənbəyinə çevrilir, çünki bu qidalar bədən tərəfindən cəzb olunmadığına görə, bir çox mikrobların və bakteriyaların yuvasına çevrilir. Bu zərərli maddələr ancaq ac qalınarsa, bədəndən çıxa bilir. Bu tədqiqat əziz Peyğəmbərdən (ə) gələn nurani hədisi təsdiq edir. Həzrət (s) buyurur: “Mədə bütün dərdlərin evidir və oruc - ən yaxşı dərmandır”. Müsəlman hər ilin bir ayını oruc tutaraq, yemək yeməkdə ifrat etmir və bədənində yığılan əlavə qidalar da rahat şəkildə dəf ola bilir.

2. İqtisadi tarazlıq. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah orucu vacib etmişdir ki, onun vasitəsilə yoxsullar ilə zənginlər arasında bərabərlik meydana gəlsin. Bu, ona görədir ki, zənginlər heç bir zaman aclıq dərdini hiss etməyiblər və yoxsullara rəhm etsinlər, çünki zənginlər nə zaman (yemək və içməyi) iradə ediblər, onlar üçün əldə olunan olmuşdur. Ona görə də Allah Təala (orucu vacib etmişdir ki) yoxsul və zəngin bəndələri arasında bərabərlik meydana gəlsin”.

3. İffətli olmaq. Oruc şəhvətin tüğyanının qarşısını ala bilən ibadətlərdəndir. Ona görə də iffət ilə oruc arasında sıx rabitə mövcuddur. Həzrət Peyğəmbər (s) buyurur: “Ey cavanlar dəstəsi! Sizlərdən hər kimin evlənmək üçün gücü varsa, evlənsin, çünki evlilik səbəb olar ki, insanların namusuna göz yumulsun. Ətəyi iffətsizlikdən qorunsun. O kəsin ki, evlənmək gücü yoxdur, oruc tutsun”.

4. Qəlb hüzuru. İmam Baqir (ə) buyurur: “Oruc və həcc insan qəlbinə hüzur verər”.
5. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə Rəyyan adlı bir qapı vardır ki, oradan ancaq oruc tutanlar keçər”.

6. Mələklər dua edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allah mələkləri vəzifələndirmişdir ki, oruc tutanlara dua etsinlər”.
7. Dualar yerinə yetər. İmam Rza (ə) buyurur: “Oruc tutanların iftar zamanı duaları yerinə yetər”.

8. İxlas. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
9. Şeytanı insandan uzaq edər.
10. Əməllər qəbul olar./Deyerler.

 

baxılma sayı: 302