Ramazan ayında çox dəyərli qılınası namaz.

Ramazan ayında Namaz

Namazları öz fəzilətli vaxtında qıl. Səcdələrini uzat ki, çiyinlərindəki günah yükün yüngülləşsin. Allah təala öz izzət cəlalına and içmişdir ki, bu ayda səcdə edən və namaz qılanlara əzab etməyəcək, Qiyamət günü cəhənnəm atəşi ilə qorxutmayacaq. Bu ayda bir vacib namaz qılana Allah təala başqa aylarda qıldığın 70 vacib namazın savabını yazar. Varsa, qəza namazlarını qıl. Mümkün qədər namazları məscidlərdə, camaatla qıl. Bu ay müstəhəb namaz qılan şəxsi Allah təala Cəhənnəm odundan azad edər. Gecə və gündüz nafilələrini qılmağa səy göstər. Gecə və gündüzləri çalış namaz qılmaqla keçirəsən.

Şeyx Abbas Quminin, Məfatihul Cinan dualar və minacatlar kitabı. 

baxılma sayı: 351