Adam səfərə gedərkən, getdiyi yerdə neçə gün qalacağını bilmirsə, namazını bütöv qılmalıdır ya qəsr şəklində?

Namaz qılan şəxs səfər çıxarkən başqa yerdə qalacağı haqda namazının hökmü fərq edə bilər... 

Vətənindən müəyyən məsafə qədər uzaqlaşan və bir yerdə 10 gün və daha artıq qalan şəxs orucunu tutmalı və namazlarını bütöv qılmalıdır. Əgər insan getdiyi yerdə 10 gün və daha artıq qalacağını qabaqcadan bilmirsə, bu halda da namazlarını 30 gün şəkli vəziyyətdə qəsr qılacaq. 30 gün şəkdən sonra namazı bütöv və oruc tutması icazəlidir.  Əgər insan bir yerdə 10 gün qalmağı qəsd etsə 4 rəkətlik namaz qılandan sonra 10 gündən tez qayıdacağını bilsə belə yenə də qalacağı günlərdə namazını tamam qılmalıdır. 10 gündən az olsa da belə. 

 Amma əgər fikrindən döndüyü zaman yoluna davam edərsə və qarşıdakı yol vətənə dönənə kimi 8 fərsəxdən (44-45 km) artıq olarsa, namazlarını qəsrlə qılmalı və orucunu pozmalıdır.

baxılma sayı: 293