İslam Peyğəmbərindən (s) əxlaqi göstəriş və ibrətli kəlamlar.

Həzrət Peyğəmbərdən (s) ibrətli kəlamlar: 

-Bilin ki, dünya evində möminlik və zahidlikdən başqa bir yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun (dünyanın) yemi olanlar, ondan nicat tapmaz. 

-Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız. 

-Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır. 

-Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar. 

-Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, məğlub olanların aqibəti isə cəhənnəmdir. 

-Bilin ki, yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir./nur-az. 

baxılma sayı: 291