Bu 5 dəstənin orucu pozularsa yalnız həmin günə qəza tutmalıdır, kəffarə lazım deyil.

Oruc batil olan şəxs üçün bu hallardadır ki yalnız qəza oruc boynuna gələr. kəffarə fidyə gəlməz:

1) Başqası tərəfindən orucunu pozmağa məcbur edilmiş şəxs (bir şərtlə ki, orucunu pozmazsa, həyatının təhlükə altına düşəcəyini bilsin). 
2) Səhər obaşdan vaxtı qurtardıqdan sonra hələ sübh azanının deyilmədiyini güman edib, yeməyə başlayan şəxs; 
3) Axşam iftar vaxtı çatdığını güman edib, vaxtından əvvəl orucunu pozmuş şəxs; 
4) Sərinləşmək niyyəti ilə ağzınə su alıb yaxalayan, amma qeyri-ixtiyari olaraq suyu udan şəxs; 
5) Cənabət halına düşüb boynuna qüsl gələn, amma bunu unudub qüsl almayan şəxs və s. 

baxılma sayı: 181