Xəstə şəxsin orucu haqda 4 məsələ

Xəstə şəxsin orucunün 4 hökmü:

1-Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın.

2-Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.

3-Sual: Bir şəxs bilsə və ya ehtimal versə ki, tutduğu oruc mədə xəstəliyinə və ya sidiklikdə daş yaranmasına səbəb olacaq, oruc tutması vacibdirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər dərin ağıl və düşüncə ilə ehtimal versə, oruc vacib deyil.

4-Sual: Böyrəkdən narahatlığı olan və onun qarşısını almaq üçün gün ərzində bir neçə dəfə su və başqa mayelərdən istifadə edən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər böyrək xəstəliyinin qarşısını almaq üçün gün ərzində su və başqa mayelərdən içməyə ehtiyacı olarsa, ona oruc tutmaq vacib deyil./ixlas.

baxılma sayı: 279