İftar zamanı namazın savabını 400 qat artıran əməl

Məfatuhil-Cinan əsərində iftar zamanı bir sıra mənəvi əməllərin həyata keçirilməsi tövsiyə olunur.

ftar zamanı ilk öncə namazı qılmaq və daha sonra yeməyə başlamaq tövsiyə edilib. Əlbəttə aclıq və susuzluq insanı taqətsiz edibsə iftarı önə salmaq məsləhətdir.

Iftar zamanı üçün xüsusi duanı oxumaq da tövsiyə edilmiş əməllərdəndir.

Hədislərdə buyurulur ki insan orucunu halal şəkildə qazandığı qidadan açarsa onun qıldığı axşam namazının savabı 400 dəfə artıq verilər.

u hədisdən bəlli olur ki, Allaha ibadətlə yanaşı halal mal qazanmaq və yalnız halaldan yemək olduqca əhəmiyyətli və hətta Allahın haqqından belə üstündür. Çünki insanların haqqına girib haram şəkildə qazanc əldə etmək Allahın haqqından da üstündür və onu qəzəbləndirən əsas amillərdəndir./islaminsesi.

baxılma sayı: 311