Orucun hədəfi Ayətullah Ziya-Abadinin bəyanında

“Orucluq və oruc tutmaqdan məqsəd təqva və pərhizgarlığa vərdiş etməkdir. İnsan o qədər haramlardan uzaq durmalıdır ki bu onda mələkə və vərdiş halına gəlsin Orucluq bunu edə bilir”
İslaminSesi xəbər verir ki bunu tanınmış əxlaq ustadalrından olan ayətullah Seyyid Məhəmməd Ziya-Abadi keçirilən əxlaq dərsində deyib
 
Ayətullah Ziya-Abadi deyib:
 
“Peyğəmbər şaban ayı ilə bağlı xütbəsini oxuyub bitirəndən sonra həzrət Əli qalxıb “Ey Allahın rəsulu bu ayda ən fəzilətli əməl nədir” dedi. Peyğəmbər buyurdu ki Allahın haram buyurduqlarından uzaq durmaq (vərə).
Əziz dostlar oruc insan üçün bir praktiki və əməli dərsdir. Bu insanı digər ramazana qədər pak saxlayır. Quranda da buyurulur ki “Oruc sizə vacib edilib ki bəlkə təqvalı oldunuz. Oruc insanda təqva mələkəsini yaradır və günahlardan uzaq durmağı insanda bir vərdişə çevirə bilir”
 
Ayətullah Ziya-Abadi Ramazanın Allah ayı olduğunu belə açıqlayıb:
 
"Əslində bütün aylar Allahındır. Məsələn Quranda Kəbə evinə Allahın evi deyilir. Əslində bütün evlər Allahındır. Amma Allaha nisbət verilmək o evin və o ayın digərlərindən üstün və şərafətli olmasını göstərmək məqsədi daşıyır"

baxılma sayı: 164