İftar zamanı tövsiyə edilən əməllər

İftar zamanının ədəbləri: 
İslaminSesi - İftar vaxtı "Qədr" surəsi, həmçinin "Allahummə ləkə sumtu və əla rizqikə əftartu və əleykə təvəkkəltu, ya vasi'əl-məğfirəti iğfir li"  duası oxunur. Bu duanın tərcüməsi belədir:
 
"İlahi, Sənin üçün oruc tutdum, Sənin ruzin ilə iftar etdim və Sənə təvəkkül etdim. Ey əfvi və məğfirəti geniş olan Allah, məni bağışla!"

Müstəhəbdir ki, şam namazından sonra iftar edilsin. Lakin zəifliyin oruc tutan kəsi üstələməsi, yaxud bir dəstənin onu gözləməsi halı istisnadır. 

 İftar haram və şübhəli olmayan şeylərlə açılsın. 

İftar ilk öncə halal xurma ilə açılsın. Halal ruzi ilə açılsa onun namazının savabı dörd yüz qat olar. 

İftarı xurma, süd, halva, nabat, isti su ilə açmaq yaxşıdır. 
 
Birinci tikədə "Bismillahir-rəhmanir-rəhim, ya vasi'əl-mğfirəti iğfir li" (Rəhman, Rəhim Allahın adı ilə, ey bağışlamanı geniş edən, məni bağışla" demək bəndənin günahlarının bağışlanmasına səbəb olur.  -Fərid Abdullah

baxılma sayı: 301