Bəhlul Danəndənin binamaz duaçıya dərsi nə oldu:

Bəhlul Danəndədən namaz qılmayan şəxsə ibrətli dərs:

Namaz qılmayan və heç bir ibadətlə məşğul olmayan bir şəxs hər gecə yatarkən “Allahım, mənə cənnətini nəsib et!” deyə dua edərmiş.

Bir axşam yenə də eyni şəkildə duasını edib yatır. Bundan xəbər tutan Bəhlul Danəndə bu şəxsin səhvini özünə başa salmaq istəyir və bu məqsədlə həmin şəxsin damına çıxır. Gecənin bir yarısı damda səs gəldiyini hiss edən bu şəxs yerindən qalxıb cəld çölə çıxır: - Kimsən? Orda nə edirsən? Bəhlul Danəndə deyir:

- Dəvəmi itirmişəm, onu axtarıram.

- Dəvənin damın üstünə çıxması mümkün deyil.  Bu ağılsızlıqdır.

- Bəs ibadət etmədən Allahdan Cənnəti istəmək ağılsızlıq deyilmi?

Bu cavabdan təsirlənən şəxs tövbə edib ibadətlə məşğul olmağa başlayır.

baxılma sayı: 225