Əhli-Beytdən (ə) əxlaqi seçmə hədislər

Həzrət Əli (ə) buyurur:

 “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”

 

Həzrət Əli (ə) buyurur:

“Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”
 

Həzrət Əli (ə) buyurur:
“Hər kəsin dəyəri onun biliyi qədərindədir.”

 

İmam Sadiq (ə) buyurur: 
“Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”
 

İmam Sadiq (ə) buyurur:
“Qardaşına quyu qazan özü düşər.”
 

İmam Sadiq (ə) buyurur:
“Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”
 

İmam Sadiq (ə) buyurur:
“Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
 

İmam Sadiq (ə) buyurur:
“Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”
 

Həzrət Əli (ə) buyurur:
“Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”
 

Həzrət Əli (ə) buyurur:
“Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”
 

Həzrət Əli (ə) buyurur:
“Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”
 

Həzrət Əli (ə) buyurur:
“Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”
 

Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”
 

Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat axmaqlıq nişanəsidir.”
 

Həzrət Əli (ə) buyurur:
“Kömək etdiyin kimi kömək görərsən.”
 

Həzrət Əli (ə) buyurur:
“Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”
 

Həzrət Əli (ə) buyurur:
“Çox gülənin qəlbi ölər.”
 

Həzrət Əli (ə) buyurur: 
“Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”
 

Həzrət Məhəmməd (s) buyurur: 
“Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”
 

Həzrət Məhəmməd (s) buyurur: 
“Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.” 
 

İmam Həsən (ə) buyurur: 
“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”
 

İmam Həsən (ə) buyurur:
“Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”
 

İmam Həsən (ə) buyurur: 
“Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”
 

İmam Həsən (ə) buyurur:
“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”
 

İmam Həsən (ə) buyurur: 
“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”
 

İmam Həsən (ə) buyurur:
“Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”
 

İmam Həsən (ə) buyurur: 
“Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”
 

İmam Həsən (ə) buyurur:
“Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”
 

Həzrət Məhəmməd (s) buyurur:
“Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”
 

Həzrət Məhəmməd (s) buyurur: 
“Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”
 

Həzrət Məhəmməd (s) buyurur: 
“Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”
 

Həzrət Məhəmməd (s) buyurur: 
“İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”/sibteyn

baxılma sayı: 163