Peyğəmbərin (s) hədisində Allah dərgahında ən pis oğruluq hesab olunan əməl!

Ən pis oğurluq
Bir gün Peyğəmbər (s.ə.s.) dostları ilə söhbət edirdi. Söz oğurluq etməkdən düşür. Bu zaman Rəsulullah (s.ə.s) belə bir sual verir.
- Hansı oğurluq daha çirkindir?
Sahabələr:
- Allah və Rəsulu daha yaxşı bilər, - deyirlər.
Bunu eşidən Peyğəmbər(s.ə.s.) belə buyurur:
- Oğurluğun ən pisi qulun namazdan oğurlanmasıdır.
Bunu eşidən sahabələr heyrətlə soruşurlar:
- Ya Rəsulullah! Adam namazdan necə oğurluq edə bilər?
Allah Rəsulu (s.ə.s.):
- Rukusunu, səcdəsini, Allaha qarşı hörmətini və Quran oxumağını yarımçıq edərək, - buyurur.

baxılma sayı: 314