Insanın dünya və axirətində dərin iz buraxa biləcək 5 müstəhəb əməl.

İslam dinində müstəhəb əməllər xüsusi əhəmiyyətə malikdir. Müstəhəb əməlləri yerinə yetirmək – yeməyin duzu kimidir. Yeməyi duzsuz da yemək olar, ancaq ləzzətsiz olar. Vacib əməllər o zaman daha ləzzətli olur ki, müstəhəb əməllə bir yerdə yerinə yetirilsin.

İmam Baqir (ə) buyurur: “O zaman ki, Peyğəmbəri (s) meraca aparırlar onunla Allah arasında söhbətlər olur. Aləmlərin Pərvəridigarı buyurur: “Həqiqətən, Mənim bəndəm müstəhəblər vasitəsilə Mənə yaxınlaşar, o yerə qədər ki, Mən onu sevərəm. Onu sevdiyim üçün onun qulağı olaram ki, onunla eşidər, gözü olaram ki, onunla görər, dili olaram ki, onunla danışar, əli olaram ki, onunla alar. Əgər çağırarsa – yerinə yetirərəm, əgər Məndən xahiş etsə - ona verərəm”. (Tebyan)
Bunu qeyd etmək lazımdır ki, müstəhəb əməllər o demək deyildir ki, vacibları tərk edəsən və ancaq onunla məşğul olasan. Müstəhəb əməl o zaman dəyərli olur ki, vacib əməllərlə bir yerdə yerinə yetirilsin.

5 mütəhəb əməl vardır ki, yerinə yetirən zaman dərin izlər buraxır və onları tanıyaq. 

1. Dili qorumaq. Əmirəl-möminin (ə) buyurur: “Çoxlu susmağı seç ki, fikrin çoxalsın və ağlın nurani olsun. İnsanlar sənin əlindən sağlam qalsınlar”.

2. Çox yeməmək. “Allah yanında ən nifrət olunan insan o kəsdir ki, çoxlu yatar və çoxlu yeyib-içər”.

3. Gecə oyaq qalmaq. Övliyalardan nəqldir, İmam Zamanın (ə.f) görüşündə buyurdu: “Bizim davamçılarımız üçün ardır ki, gecə namazı qılmasınlar”.

4. Yersiz məclislərdən çəkinmək. Əmirəl-möminin (ə) buyurur: “Mömin ülfət bağlayar. O kəs ki, nə ülfət bağlayar və nə ülfəti qəbul edər – xeyirdən uzaq olar”. Yersiz məclislərdən çəkinmək dedikdə, inzivaya çəkilmək nəzərdə tutulmur. O məclislər nəzərdə tutular ki, insana bir xeyir gətirmir və əksinə - günaha batması üçün zəminələr hazırlayır, insanın o məclislərdən uzaqlaşması lazımdır.

5. Davamlı zikr demək. İmam Sadiq (ə) buyurur: “Allahın xəlqi üçün vacib etdiyi ən çətin şey – Allahı çoxlu zikr etməkdir. Məqsədim ancaq “Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bunlar da zikrdir. Məqsəd – əməli zikrdir. Allahı halal və haram buyurduqlarında yada salmaqdır. Əgər Allaha itaətdirsə - əməl etsin və əgər günahdırsa – tərk etsin”./Deyerler.

baxılma sayı: 149