İbrətamiz İmam Hüseyn Ehsani olan əhvalat

İmam Hüseyn Ehsani:

Ağa Maşallah Kermandan (İran) olan bir şəxsdir Onun indi yetmiş neçə yaşi var... Ağa Maşallah Məhərrəm ayinda Kerman şəhərində ehsan paylayan şəxslərdəndir. O 18 gün ərzində hər ik ehsan verir Kermanda, Süfrəsi şahlar tək süfrədir. Yəni məmləkətdə nə cür yeməklər istəsən bunun süfrəsində vardir Adi yeməklər (qiymə, qovurma) deyil. Padişahlara layiq yeməklər bunun süfrəsində. Bir Şəxs, İslam Alimlərindən biri deyir ki, mən Ağa Maşallahin əhvalatin bilmək üçün Kerman şəhərinə yollandim. Onu görüm və özündən soruşum ki, hardandir səndə bu sərvət, bu cah cəlalda 18 ardicil gün ərzində ehsan paylayirsan. Getdim və qapisin döydüm və gördüm ki, günəş kimi ağ saçli yaşli bir kişi qapıya gəldi. Mən soruşdum: Ağa Maşallah? Cavab verdi: Bəli! Mən dedim: Məni taniyirsiz? Mən filankəsəm... O məni televiziya və radiodan tanidi və içəri dəvət etdi. İçəri getdik və oturduq. Mən ondan soruşdum: Ağa Maşallah, bu süfrəni 18 gecə üçün? Bunun üçün sən pulu hardan tapirsan? Nə qədər var-dövlətin var ki, 18 gecəlik süfrə açasan, hətta əgər 1000 və ya 10000 nəfər gəlsə yenədə yemək var! O cavab verdi: Ağa filankəs, Həqiqət budur ki, Mən cavan idim, vərəm xəstəliyinə tutulmuşdum, bədənim şiddətli dərəcədə infeksiyaya yoluxmuşdum. Məni Kermandan İsfahana, Şiraza, ordanda Tehrana apardilar və heç xeyri yox idi (çarəsiz idilər). Məni geri Kermana gətirdilər. Yavaş-yavaş xəstəlik keçirici oldu və həkim dedi ki, kimlər məni ziyarət etməyə gəlsələr, böyük ehtimalla onlarda yoluxacaqlar. Bunu eşidəndən sonra heç kəs mənim ziyarətimə gəlmədi. Atam vəfat etmişdi, Anam çox yaşli idi. Xəstəliyim zamani yeganə dostum Anam idi, Mən israr edirdim ki, mənə yaxin durmasin, O cavab verirdi: "Ölüm sənin üçün", O həmişə mənim qayğimi çəkirdi. Muhərrəm ayi başlamamişdan 2-3 gün öncə, həkim mənim ana demişdi ki, bunun vaxtina az qalibdir və yaxşi olar ki, məni evə götürsün son günlərimi evdə ailə ilə keçirdim və orada vəfat edim... Beləliklə Anam məni evə gətirdi, 6 ay idi mən yeriyə bilmirdim, dura bilmirdim, əlil arabasina qoyulurdum, Anam məni bağçaya aparirdi, hovuzumuzun kənarina... Anamim bir dəsmali var idi, İmam Hüseyn (ə) axitiği göz yaşlarin onunla silirdi. Haçan ağlayirdi, həmən dəsmaldan istifadə edərdi. Dəsmali çixartdı, hovuzda yumağa başladi... Və deyirdi: Hüseyn (ə)! Muhərrəmin başlayir. Hüseyncan! Əgər oğlum yaşayacaqsa, onda ona şəfa ver (Allahin izni ilə). Əgər yaşamayacaqsa. Tez dünyasini dəyişsin! Mən sənə ağlamaq, sənə yas tutmaq istəyirəm. Məhərrəmdə ya Onu şəfa ver (Allahin izni ilə), oda gəlsin sənə yas tutsun, yada onu mənim yolumdan çək. Tez cani alinsin, mən onu bu 2-3 gündə basdirim, Muhərrəmdə sənə yas tutum. Anam ağlayanda qəlbim sindı, məndə ağlamağa başladim və dedim: "Ya Hüseyn (ə)!! Əgər mənəşəfa versən (Allahin izni ilə), sənin üçün 10 gecə ehsam verərəm (süfrə açaram)" Bizim heç pulumuz və ehtiyyatimiz yox idi, çünki nə varimiz idi, mənim dəva-dərmanlarima sərf etmişdik. Anam ağladindan sonra, mənim arabamı zirzəmiyə düşürtdü və yuxari qalxdi. Haci filankəs, Mən yuxuya getdim. Gecənin ortalarinda, bəlkədə gec, bilmirəm, yuxudan ayildim və bir Ağanin zirzəmiyə düşməyin gördüm. Onun nuru bütün zirzəmini əhatə edirdi! O düz mənim yanima gəldi və yatağimin yaninda əyləşdi O mənim üzümü siğallama başladi və dedi: "Halin necədir, Ağa Maşallah?! Daha səni xəstə görməyim" bunu təkrarlayırdı Hey demək istəyirdim: "Ağa mən xəstəyəm, amma deyə bilmirdim". Nəhayət dedim:"Mən xəstəyəm! Məndən uzaq durun! Xəstəliyimə Tutularsız". O cavab Verdi:"Xeyr, Ağa Maşallah, narahat olma sənin xəstəliyinə tutulmaram. Qalx ayağa görüm səni". Mən dedim:"Ağa! 6 aydan çoxdur ki, mən arabadayam. Mənim ayaqlarim işləmir" O buyurdu:"denən Ya Hüseyn və qalx..." Denən "Ya Hüseyn" və qalx... Desim "Ya Hüseyn" və ayaqlarıma qüvvət gəlməsin hiss etdim. Ayağa qalxdim və bildim ki, bu mənim Ağam Hüseyndir (ə) Onun başina dolanmağa başladim və dedim: "Ağam Mənim! Ayaqlarin altinda ölüm, lütf edib gəlmisən, gərək sən gəlməyəydin" İmam Hüseyn (ə) buyurdu: "Ağa Maşallah, gəl, otur yanimda" Əziz baci və qardaşlar, əhvalati bu səbəbdən danışıram Evlərinizdə vəşşəhərlərinizdə Xanim Zəhraya (ə) məclis qurun, əgər hətta biraz düyü, şərbət, biraz şirniyyat olsa belə İmam Hüseyn (ə) buyurdu: "Ağa Maşallah, gəl, otur yanimda" və məndə oturdum. İmam Hüseyn (ə) dedi: "Yadina gəlir, sən dedin mənim üçün 10 gecə məclis qurarsan?" Cavab verdim:"Bəli Ağa!" İmam Hüseyn (ə) buyurdu: "Anam aranizda qəribdir. Gəl 18 gecə edək, Onun yaşi qədər, 10 gecə səndən, 8 gecə məndən" İmam Hüseyn (ə) buyurdu:"Gəl şərik olaq!" Mən dedim:"Bəli Ağa! Amma mənim heç nəyim yoxdur" Yenə baxanda, gördüm Mənim Ağam yoxdur artiq, başladim ağlamağa və fəryad etdim. Bütün Kerman bildi nə baş verib. Növbəti günü oturmuşdum bağçada fikirləşirdim: "İlahi! Sabahlari Muhərrəm gecəsidir, Mənim heç nəyim yoxdur! Necə məclis keçirdəciyəm?" Birdən eştdim ki, kimsı qapımı döyür. Getdim qapını açdim və gördüm. And olsun Həzrəti Zəhraya (ə.s) Mən xatirlamiram ki, bu məclisləri bir yerə toplasaq 10000 tumən (£ 2.50) çox pul xərcləyim. (ə.s) And ola Allaha, əgər niyyətin var ki, məclis keçirdəsən (istənilən Məsum üçün), onlar sənə nə lazimdirsa özləri göndərəcəklər. Eştdim ki, kimsə qapini döyür, getdim acdim və bir maşin dolu düyü gördüm. Soruşdum: Bu nədir? Maşinin sürücüsü dedi: Düyünü satanlardan biri dedi ki, nə qədər sən sağsan, sənin məclislərinin düyüsü onun boynunadir. Heç narahat olma. Zamindir". Sonra ət, şərbət, məclislərdə olan hər şey, biz bilmirik heç hardan gəlir. Ağa filankəs... Məclisini birinci gününün axşamı, bağçada oturmuşdum, xəstəlik bədənimi zəiflətmişdi, mən bir müddət yuxuya getdim. Yuxudan ayildim və qapilar açildi, İmam Hüseyn (ə) daxil oldu. İmam Hüseyn (ə) buyursu:" Ağa Maşallah, bu gecə məclisin yoxdur? Qalx! Süpür evi məclisin üçün təmizlik apar" Mən gördüm ki, Hüseyn İbni Əli (ə) süpürgəni götürdü və bağçani süpürməyə başladi... Mən durdum və dedim:"Ey Peyğəmbərin nəvəsi! Ver onu mənə, Sənin əvəzinə ver mən edim bunu!" İmam Hüseyn (ə) Buyurdu: "Xeyr! Mən o kəslərdən olmaq istəyirəm ki, Anam Zəhraya (ə.s) ağlayan şəxslərin ayaqlarinin altin süpürüm"

baxılma sayı: 169