Ramazan ayının zəkatının fitrəsi, bədən üzvlərinin zəkatını ödəməklə qəbul olunar.

İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.
Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.
Dilin zəkatı - müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və ALLAHı təsbih etməkdir.

Əlin zəkatı - elm yazmaq və mal bəxşiş etməkdir.
Ayağın zəkatı - cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir.
Elmin zəkatı - onu nəşr etməkdir.

Qüdrətin zəkatı - insafdır.
Gözəlliyin zəkatı - iffətdir.
Qələbənin zəkatı - ehsandır.

Şücaətin zəkatı - cihaddır.
Sağlamlığın zəkatı - ALLAHın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir.
Hökumətin zəkatı - yoxsullara kömək çatdırmaqdır.
Ağlın zəkatı - ağılsızlara dözmək və səbir etməkdir.”/Leqend.

baxılma sayı: 289