Fitr bayramı namazında müstəhəb əməllər

Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:

1. Bayram namazında qiraəti ucadan oxumaq.

2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).

3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsinin əvvəli, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.

4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın,

5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.

6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.

7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana»

8. Bayram namazı açıq fəzada qılınsın./ramazan.313news

baxılma sayı: 228