Namazda fikrimizi ibadətdən yayındıran səbəblər ayətullah Misbahın bəyanında

İslaminSesi – Hədislərə əsasən namaz insanın təkəbbür və lovğalıqdan uzaq qalması üçün vacib edilib. Bundan əlavə Allah zikri olan namazın əsas qayələrindən biri də insana aramlıq və sakinlik bəxş etməkdir. Amma bir çox namaz qılanlar bu aramlığı yaşaya bilmirlər. Bəs bunun səbəbi nədir?

 

Hansı səbəblər və amillər namaz vaxtı insanın fikrinin yayınması ilə nəticələnir və insanı ibadət halında belə cılız və xırda işlər barədə fikirləşməyə vadar edir?

 

İslaminSesi ayətullah Misbah Yəzdinin namazda insanın fikrini yayındıran amillər və onun müalicəsi barədə qısa möizəsi və tövsiyəsini təqdim edir:

 

“Əgər gözümüz o tərəf bu tərəfə baxmaq üçün azad olsa bu bizi cəhənnəmə çəkib aparacaq. Bu nəticələrindən biri budur ki insan bundan gərginlik, narahatlıq əldə edir. Həmçinin şeytanın insanı sürüklədiyi digər işlər.Bu gözün tam azad olması insan üçün rahatlıq sakitlik və aramlıq saxlamır. Bundan sonra Ailənin sakitliyi və səfasının pozulmasına səbəb olur. İnsan baxmaq günahından da pis olan günahlara düçar olur. Bu insanı cəhənnəmin dibinə qədər çəkib,aparır. Bunun əvvəli bir baxışla (haram baxış) başladı. O birinci baxış xoşuma gəldi, bunun nəticəsində baxışı təkrarladım. Sabahısı gündə oraya yenidən gedir, onun orada olmasından istifadə edərək, görməkdən həzz almaq istəyirsən. Bax bunun nəticəsində nə baş verir? Bunu müxtəlif mənfi nəticələri var. Onun əvvəli də sadə bir baxış idi.

Bəzən insan bir söz eşidir. Bəzən olur hətta bir zarafatın eşidilməsi insanın zehninə pis fikirlərin gəlməsi ilə nəticələnir. O daha sonra bu fikrin axrasıyca gedir. Daha sonra günah edir. Günahdan sonra da günahlar gəlir. Baxın bunun əvvəli bir zarafat idi. Halbu ki bunun əvvəlini bir lətifə ilə başlamışdı.

Əgər bir şəxs bütün rəftarının Allahın itaəti istiqamətində olmasını istəyirsə, əgər o namazda Allahu-Əkbər deyərkən zehninə Allahdan qeyri bir fikrin gəlməməsini istəyirsə,zehnini (Zehnindən keçən fikirləri) kontrol etməyi bacarmalıdır. İnsanın zehninin ixtiyarı öz əlində olmalıdır. Bu çox pisdir ki insan öz zehninin və oradan keçən fikirlərin ixtiyaratını əldə saxlaya bilmir. Mənin zehnimə heç kim müdaxilə edə bilməz. Amma bu necə olur ki mən özüm belə öz zehnimin sahibi deyiləm. (Onun yüyəni mənim əlimdə deyil)

Niyə bunlar baş verir? Çünki, öncədən bəzi idraklar və yığılıb, qalmış bəzi fikirlər zehnimizin güşə bacasında qalmaqdadır. Onlar mənin zehnimi və fikri-zikrimi özünə məşğul edir. Bu öncəki fikirlər müxtəlif vaxtlarda xüsusilə də namazda yenidən qayıdır və faliyyətə başlayır. Baxın bu zaman (namaz vaxtı) fikirlərin cəvəlan etməsi qaynaması üçün yaxşı zamandı (mənfi mənada). Bu əbəs yerə görə də deyil ki bəzən insan nəyin harada itirdiyini məhz namazda yadına sala bilir. Çünki belə bir insan (namazda) yaxşı vaxt tapdığını müəyyən bir işlə məşğul olmadığını hiss edir. Baxın bu zamandır ki, beyində öncədən qalmış fikirlər faliyyətə başlayır."

baxılma sayı: 289