Məhşur arifdən bir dəsturüləməl

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, sadə və ilahi həyat tərzi ilə seçilən məhum Şeyx Rəcəbəli Xəyyat ömrünü ibadət, itaət və İmam Zamana (ə) məhəbbətlə keçirmiş Allah adamı idi. Ona yaxın olan şəxslərdən biri belə nəql edir ki, bir gün Şexdən tövsiyə verməsi və bizə bir şey öyrətməsini iştədik.

   O müqəddəs insan “mən yəttəqillah” ayəsini xətm etməyin yolunu bizə öyətdi: “Əvvəl sədəqə verin, qırx gün oruc tutun və bu ayəni oruc halında xətm edin”.

   Şeyx Rəcəbəli Xəyyat daha sonar əlavə edir: Bu xətmdən məqsəd və diləyiniz İmam Rızaya (ə) yaxınlaşmaq olsun. Maddi problem və istəkləri nəzərdə tutmayın.

   Hadisəni nəql edən və Şeyxdən tövsiyə istəyən şəxs deyir: Mən həmin ayənin xətminə başladım, amma onu davam edə bilmədim və bir kənara qoydum. Dostum isə onu başa vurmağa nail oldu. O Məşhəd şəhərinə qayıdıb İmam Rızanın (ə) ziyarətgahına getdikdə o həzrəti nur şəkilində ziyarət edir. Bu hal onda qaldı və gücləndi, belə ki, ged – gedə İmam Rızanı (ə) görə və onunla söhbət də edə bildi.

baxılma sayı: 167