Minarədən cəhənnəmə gedən azançı

  Ciddə şəhərində 3 qardaş haqqında maraqlı əhvalat nəql olunur. Böyük qardaş azançı imiş. Bir ömür bu işlə məşğul olduqdan sonra dünyasını dəyişir. Onu qardaşı əvəz edir. Zaman ötür, bu qardaş da Allahın dərgahına qovuşur. Üçüncü qardaş azançılıq etmək istəmir. Əhali nə qədər təkid göstərirsə, deyir yox ki yox! Səbəbini soruşanda deyir: Mənim iki qardaşım azan verdiyi üçün dünyadan imansız gedib. İkisi də can verəndə başları üstündə olmuşam. Nə qədər səy göstərmişəmsə onlara şəhadət kəlmələrini dedirə bilməmişəm. Quran oxuyanda etiraz ediblər. Bu məni çox narahat edirdi. Nəhayət, Allahdan bu sirri mənə açmasını istədim. Məna aləmində mənə dedilər ki, qardaşların azan vermək üçün minarəyə qalxanda ətrafdakı evlərdə naməhrəmlərə baxıblar. Gözləri çirkaba batdığından imanlarını əldən veriblər. Mən belə azançılığı istəmirəm!

Qeyd: Şəriətə görə minarə məsciddən hündür ola bilməz. Əgər bu hökmə əməl edilsə, minarədən qonşu evlərin daxilinin görünməsi ehtimalı da azalar/Vilayet.info

baxılma sayı: 254