Peyğəmbər və “yağış” duası

“Kafi” kitabında nəql olunubdur ki, İslam Peyğəmbəri Həzrəti Mustafa səlləllahu əleyhi və alihi və səlləm-in axtında bir müddət yağış yağmadı. Səhabələr Peyğəmbərin hüzuruna gəlib ərz etdilər: “Ya Rəsuləllah, dua et ki, Allah rəhmət yağışını nazil etsin.” Rəsuli Əkrəm dua etdi, amma dua müstəcəb olmadı və yağış yağmadı. Növbəti dəfə Allaha pənah apardı və yağış yağdı. Səhabələr Peyğəmbərdən soruşdular ki, birinci dəfə duanın qəbul olunmamasının və ikinci dəfə duanın qəbul olunmasının səbəbi nədir? Həzrət buyurdu: “Birinci dəfə niyyət etməmişdim. Amma, ikinci dəfə isə niyyət ilə dua etdim.”

Məsələn, Həzrət birinci dəfə səhabələrinin xahişinə əsasən dua etdi və ciddi bir məsələ yox idi. Amma ikinci dəfə ciddi şəkildə Allahdan istədi və duası da səmimi qəlbdən idi.

Möminin də duası gərək səmimi qəlbdən ola ki, Allahın dərgahında qəbul olunsun. Əksər duaların qəbul olmamasını səbəbi budur ki, Allahı səmimi qəlbdən çağırmırlar. Qısaca demək olar ki, dua edən iqbalı yaddan çıxarmamalıdır. Hətta, əgər Allah kəlməsini demək istəsə iki rəkət təfəkkürlə qılınan namaz axşamdan səhərə kimi səmimi qəlbdən olmayan namazdan daha faydalıdır.

Ümmü Davud Həzrəti Sadiq əleyhis-salamın hüzuruna gəldi. Oğlunun, Mənsuri Dəvanəqinin zindanından azad olması üçün dua etməsini istədi. (O, Həsən əleyhis-salamın nəslindən olan Seyyid və İmam Riza əleyhis-salamın qardaşı idi. Həzrət buyurdu: “Rəcəb ayının əyyamül-biyz (yəni, 13, 14, 15-ci) günlərini oruc tut. 15-ci günü gizlin bir yerdə zöhr və əsr namazlarından sonra, həmçinin 100 dəfə “Həmd”, 10 dəfə “Ayətəl-kürsü” və İmamın təyin etdiyi Quran surələrini oxuduqdan sonra bu duanı oxu.

Ümmü-Davudun etdiyi əməllər məşhurdur və duanın sürətlə qəbul olunmasında şübhəsiz və təcrübədən çıxarılmışdır. Məfatihül cinan və s kitablarda bu dua təfsilatı ilə yazılmışdır. Xülasəsi budur ki, Ümmü Davud İmam əleyhis-salamın göstərişinə əməl etdi və Allah-Taala həmin gecə oğlunu xilas etdi. Oğlunu da sürətlə hərəkət edən dəvələrlə anasına çatdırdılar.

İnsanın Allahdan istədiyi hər şey gərək səmimi qəlbdən olsun. Əgər bir dənə “sübhanəllah” kəlməsi səmimi qəlbdən deyilərsə, səmimi qəlbdən olmayan min zikrdən yaxşıdır.

Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb

baxılma sayı: 274